​Meksikada yeddi meşəqıranın başları kəsilmiş meyitləri tapılıb

​Meksikada yeddi meşəqıranın başları kəsilmiş meyitləri tapılıb Meyitlərin yaxınlığında meşəqıranlara məxsus avtomobil də aşkarlanıb
Digər ölkələr
19 İyun , 2016 00:46
​Meksikada yeddi meşəqıranın başları kəsilmiş meyitləri tapılıb

Bakı. 19 iyun. REPORT.AZ/ Meksikanın Sinaloa ştatının Rosario munisipində yeddi başı kəsilmiş meşəqıranın meyiti aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə ştatın prokurorluğundan məlumat verilib.

Məlumata görə, onların meyitləri dünən müəyyən edilib. "Correo del Sur" portalının xəbərində bildirilir ki, meşə qıranların hər birinin başı mişarla kəsilib. 

Meyitlərin yaxınlığında meşəqıranlara məxsus avtomobil də aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi