​Meksikada baş vermiş qasırğa zamanı 49 nəfər həlak olub

​Meksikada baş vermiş qasırğa zamanı 49 nəfər həlak olub Ölənlər əsasən Pueblo, Verakrus və İdalqo ştatlarının sakinləridir
Digər ölkələr
10 Avqust , 2016 02:52
​Meksikada baş vermiş qasırğa zamanı 49 nəfər həlak olub

Bakı. 10 avqust. REPORT.AZ/ Meksikada baş vermiş "Erl" tropik qasırğası zamanı həlak olanların sayı 49 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə mülki müdafiə qüvvələrinin milli koordinatoru Luiz Felipe Puente bildirib.

Onun sözlərinə görə, ölənlər əsasən Pueblo, Verakrus və İdalqo ştatlarının sakinləridir. Ən çox insan Puebloda həlak olub – 35 nəfər.

İtkin düşmüş insanların axtarışları hələ bitməyib. Xilasedicilər sürüşmə zonasında işlərini davam etdirirlər.

Puente qeyd edib ki, 35 nəfər hələ də itkin düşmüş sayılır.

Ölkə prezidenti Enrike Penya Nето Pueblo ştatının Uauçinanqo şəhərinin zərər çəkmiş rayonlarına səfər edəcək.

Son xəbərlər

Orphus sistemi