Meksikada baş vermiş partlayışda ölənlərin sayı 27 nəfərə çatıb

Meksikada baş vermiş partlayışda ölənlərin sayı 27 nəfərə çatıb Hadisə nəticəsində 136 nəfər yaralanıb
Digər ölkələr
23 Aprel , 2016 01:30
Meksikada baş vermiş partlayışda ölənlərin sayı 27 nəfərə çatıb

Bakı. 23 aprel. REPORT.AZ/Meksikanın Verakrus şəhərindəki neft kimya zavodunda baş vermiş partlayışda ölənlərin sayı artıb.

"Report" RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişənlərin sayı 27 nəfərə çatıb.

Partlayış zamanı itkin düşmüş fəhlələrin yaxınları doğmalarının meyitlərini tanımaq üçün zavodun həyətinə gəliblər.

Koatsakoalkos şəhərindəki zavodda güclü partlayış aprelin 20-də baş verib. Hadisə nəticəsində 136 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi