Bakı. 22 yanvar. REPORT.AZ/ Meksikanın Sakit Okean sahillərində 6,6 bal gücündə zəlzələ baş verib. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, bu haqda ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Halisko ştatının Tomatlan şəhərindən 250 km uzaqlıqda yerləşib. Təbii fəlakətin ocağı isə 10 km. dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar haqda hələlik məlumat verilməyib. Sunami xəbərdarlığı elan edilməyib.