Meksikada 6.6 bal gücündə zəlzələ baş verib

Meksikada 6.6 bal gücündə zəlzələ baş verib Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib
Digər ölkələr
22 Yanvar , 2016 03:32
Meksikada 6.6 bal gücündə zəlzələ baş verib

Bakı. 22 yanvar. REPORT.AZ/ Meksikanın Sakit Okean sahillərində 6,6 bal gücündə zəlzələ baş verib. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, bu haqda ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Halisko ştatının Tomatlan şəhərindən 250 km uzaqlıqda yerləşib. Təbii fəlakətin ocağı isə 10 km. dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar haqda hələlik məlumat verilməyib. Sunami xəbərdarlığı elan edilməyib.

Son xəbərlər

Orphus sistemi