​Meksikada 5,5 bal gücündə zəlzələ olub

​Meksikada 5,5 bal gücündə zəlzələ olub Təbii fəlakətin ocağı 110 km. dərinlikdə yerləşib
Digər ölkələr
29 Aprel , 2015 01:34
​Meksikada 5,5 bal gücündə zəlzələ olub

Bakı. 29 aprel. REPORT.AZ/ Çərşənbə axşamı Meksikanın cənubunda 5,5 bal gücündə zəlzələ baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, yeraltı təkanların episentri Oahaka ştatının Palomares yaşayış məntəqəsinin 10 km.-də olub. Təbii fəlakətin ocağı 110 km. dərinlikdə yerləşib.

Zərərçəkən və dağıntılar barədə məlumat daxil olmayıb.

Son xəbərlər

Orphus sistemi