BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB

BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB BMT Baş Assambleyasında Fələstinin təşkilata tamhüquqlu üzvlüyü ilə bağlı fövqəladə sessiya keçirilir.
Digər ölkələr
10 May , 2024 19:43
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB

BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib.

"Report" bu barədə TRT Haber-ə istinadən xəbər verir.

Belə ki, Baş Assambleya Fələstinin təşkilata üzvlüyünün TŞ-də yenidən müzakirə olunmasını və ona bəzi əlavə hüquqlar verilməsini tələb edən qətnamə layihəsini təsdiqləyib.

18:50

BMT Baş Assambleyasında Fələstinin təşkilata tamhüquqlu üzvlüyü ilə bağlı fövqəladə sessiya keçirilir.

"Report"un ABŞ bürosu xəbər verir ki, qətnamə layihəsi barəsində BMT Baş Assambleyasında təşkilata üzv olan 109 ölkənin qurumdakı daimi nümayəndəsi tərəfindən müzakirələr aparılır.

Çıxışlardan sonra günün ikinci yarısında qətnamə layihəsi səsverməyə çıxarılacaq.

Sənəddə Fələstin xalqının öz müqəddəratını təyinetmə və dövlət qurmaq hüququ yer alır və BMT Baş katibi qətnamənin icrası üçün lazımi addımlar atmağa çağırılır.

Fələstinin tamhüquqlu üzvlüyü üçün səslərin üçdə ikisi onun "lehinə" olmalıdır.

Xatırladaq ki, Fələstin 2011-ci ildə BMT-yə tam üzv olmaq üçün müraciət etmiş, lakin bu müraciət lazımi dəstəyi almamışdı.

Son xəbərlər

Orphus sistemi