​Malta KXDR-in 20-ə yaxın vətəndaşını ərazisindən çıxarıb

​Malta KXDR-in 20-ə yaxın vətəndaşını ərazisindən çıxarıb Ölkədə narahatdırlar ki, koreyalıların qazandıqları valyuta Pxenyana nüvə və raket işlənməsi üçün gedir
Digər ölkələr
28 İyul , 2016 04:26
​Malta KXDR-in 20-ə yaxın vətəndaşını ərazisindən çıxarıb

Bakı. 28 iyul. REPORT.AZ/ Malta hökuməti Koreya Xalq Demokratik Respublikasının (KXDR) 20 nəfərə yaxın vətəndaşına viza verməkdən imtina edərək onları ərazisindən çıxarıb.

"Report"un məlumatına görə, bu barədə "Ryonxap" agentliyi Cənubi Koreya hökumətindəki mənbəyə istinadən xəbər verib.

Məlumata görə, bu, Avropa İttifaqı ölkəsində Şimali Koreya vətəndaşlarının çıxarılması ilə bağlı ilk hadisədir. Ölkədə narahatdırlar ki, koreyalıların qazandıqları valyuta Pxenyana nüvə və raket işlənməsi üçün gedir.

KXDR-dən olan işçilər Maltada tikinti sahəsində və fabriklərdə, "Leisure Clothing" və "Rite Mix" şirkətlərində çalışıblar. Bu şirkətlərin nümayəndələri Şimali Koreyadan olan əməkdaşlarının onları tərk etdiklərini təsdiqləyiblər.

Son xəbərlər

Orphus sistemi