Yuxarı

​Malta KXDR-in 20-ə yaxın vətəndaşını ərazisindən çıxarıb

Ölkədə narahatdırlar ki, koreyalıların qazandıqları valyuta Pxenyana nüvə və raket işlənməsi üçün gedir

Bakı. 28 iyul. REPORT.AZ/ Malta hökuməti Koreya Xalq Demokratik Respublikasının (KXDR) 20 nəfərə yaxın vətəndaşına viza verməkdən imtina edərək onları ərazisindən çıxarıb.

"Report"un məlumatına görə, bu barədə "Ryonxap" agentliyi Cənubi Koreya hökumətindəki mənbəyə istinadən xəbər verib.

Məlumata görə, bu, Avropa İttifaqı ölkəsində Şimali Koreya vətəndaşlarının çıxarılması ilə bağlı ilk hadisədir. Ölkədə narahatdırlar ki, koreyalıların qazandıqları valyuta Pxenyana nüvə və raket işlənməsi üçün gedir.

KXDR-dən olan işçilər Maltada tikinti sahəsində və fabriklərdə, "Leisure Clothing" və "Rite Mix" şirkətlərində çalışıblar. Bu şirkətlərin nümayəndələri Şimali Koreyadan olan əməkdaşlarının onları tərk etdiklərini təsdiqləyiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi