​Malaziyada məmurları aparan vertolyot havada partlayıb

​Malaziyada məmurları aparan vertolyot havada partlayıb Hadisə toy mərasimindən geri qayıdarkən baş verib
Digər ölkələr
5 Aprel , 2015 12:01
​Malaziyada məmurları aparan vertolyot havada partlayıb

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün Malaziyanın paytaxtı Kuala-Lumpur şəhəri ətrafında sərnişin vertolyotu qəzaya uğrayıb.

"Report" xəbər verir ki, vertolyotun göyərtəsində altı nəfər olub, onlardan ikisi əvvəllər hökumətdə vəzifə sahibi olub.

Məlumata görə, ölənlər arasında baş nazirin Dəftərxanasının rəisi Azlin Alias və ölkənin ABŞ-dakı sabiq səfiri, bu günə qədər isə deputat kimi fəaliyyət göstərən Camaluddin Carcis olub.

Vertolet yerə düşməmişdən əvvəl havada partlayıb. Hadisə sərnişinlər ölkənin baş naziri Nəcib Razakın qızının toy məclisindən geri qayıdarkən baş verib.

Yerli "Bernama" agentliyinin xəbərinə görə, vertolyot güclü yağış şəraitində partayıb. Hazırda hadisə yerində beş nəfərin meyitini tapmaq mümkün olub. Ölənlərin şəxsiyyəti müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi