Malayziyada iki İndoneziya təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb

Malayziyada iki İndoneziya təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb Pilotların taleyi hələlik məlum deyil
Digər ölkələr
15 Mart , 2015 23:01
Malayziyada iki İndoneziya təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb

Bakı. 15 mart. REPORT.AZ/ İndoneziyanın iki CT-1B təlim-məşq təyyarəsi bir neçə gündən sonra Malayziyada başlayacaq “LİMA-2015” beynəlxalq aviakosmik və hərbi-dəniz texnikası sərgisində nümayişə hazırlıq zamanı qəzaya uğrayıb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, pilotların taleyi hələlik məlum deyil. Lakin şahidlərin bildiridiyinə görə, onlar təyyarələri tərk etməyə nail olublar. Toqquşma altı təyyarədən ibarət “Yupiter” pilotaj qrupunun nümunəvi çıxışa hazırlığı zamanı baş verib.

Hazırda təlim-məşq uçuşları dayandırılıb, xilasedicilər təyyarəçilərin və təyyarələrin düşdüyü yerin axtarışını davam etdirirlər.

“LİMA-2015” sərgisi martın 17-də Malayziyanın Lanqkavi arxipelağında açılacaq.

Son xəbərlər

Orphus sistemi