Yuxarı

Malayziyada iki İndoneziya təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb

Pilotların taleyi hələlik məlum deyil

Bakı. 15 mart. REPORT.AZ/ İndoneziyanın iki CT-1B təlim-məşq təyyarəsi bir neçə gündən sonra Malayziyada başlayacaq “LİMA-2015” beynəlxalq aviakosmik və hərbi-dəniz texnikası sərgisində nümayişə hazırlıq zamanı qəzaya uğrayıb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, pilotların taleyi hələlik məlum deyil. Lakin şahidlərin bildiridiyinə görə, onlar təyyarələri tərk etməyə nail olublar. Toqquşma altı təyyarədən ibarət “Yupiter” pilotaj qrupunun nümunəvi çıxışa hazırlığı zamanı baş verib.

Hazırda təlim-məşq uçuşları dayandırılıb, xilasedicilər təyyarəçilərin və təyyarələrin düşdüyü yerin axtarışını davam etdirirlər.

“LİMA-2015” sərgisi martın 17-də Malayziyanın Lanqkavi arxipelağında açılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi