​Malayziya xüsusi xidmət orqanları terror aktları təhlükəsi ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib

​Malayziya xüsusi xidmət orqanları terror aktları təhlükəsi ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib Labuan adasında Kral HHQ bazası yenidən qurulur, ərazi suları və sahil zonasının patrulu gücləndirilib
Digər ölkələr
5 Fevral , 2015 15:06
​Malayziya xüsusi xidmət orqanları terror aktları təhlükəsi ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib

Bakı. 5 fevral. REPORT.AZ/ Malayziya xüsusi xidmət orqanlarının şəxsi heyəti ölkə ərazisində terror aktları təhlükəsi ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. Bu barədə "Report" "TASS"a istinadən xəbər verir. 

"Filippində Mərvan adı ilə tanınan malayziyalı terrorçu Zülkifli Hiranın öldürülməsi haqqında xəbərin təsdiq olunmasından sonra ölkənin xüsusi qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib. Biz esktremistlərin istənilən hərəkətlərinə hazır olmalıyıq", - müdafiə naziri Hişaməddin Hüseyn bildirib. 

Onun sözlərinə görə, Labuan adasında Kral HHQ bazası yenidən qurulur və müasirləşdirilir, Lahad-Datu rayonunda əlavə qarnizonlar yerləşdirilir, ərazi suları və sahil zonasının patrulu gücləndirilib.

Qeyd edək ki, bir gün əvvəl Filippin hökuməti ABŞ FTB-yə istinadən malayziyalı terrorçu Zülkifli Hiranın öldürülməsi faktını rəsmi olaraq təsdiqləyib. Ekstremist Filippinin cənubunda "Rosomaxa" əməliyyatı zamanı məhv edilib. 

Son xəbərlər

Orphus sistemi