​Malayziya sahilləri yaxınlığında 100 qanunsuz miqrantın olduğu gəmi batıb

​Malayziya sahilləri yaxınlığında 100 qanunsuz miqrantın olduğu gəmi batıb Qəza yerinə artıq axtarış-xilasetmə dəstələri göndərilib
Digər ölkələr
3 Sentyabr , 2015 13:04
​Malayziya sahilləri yaxınlığında 100 qanunsuz miqrantın olduğu gəmi batıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Göyərtəsində təxminən 100 qanunsuz miqrantın olduğu gəmi Malayziyanın qərb sahillərinə yaxın ərazidə batıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, faciə Sabak Bernam rayonu (Selangor ştatı) yaxınlığında baş verib.

Malayziyanın Dəniz məkanına Nəzarət Agentliyindəki (MMEA) mənbənin sözlərinə görə, qəza yerinə artıq axtarış-xilasetmə dəstələri göndərilib.

Hazırda ölən və sağ qalanların sayı haqqında dəqiq məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi