Bakı. 23 fevral. REPORT.AZ/ Macarıstanda baş nazir Viktor Orbanın rəhbərlik etdiyi hakim "Fides"in (Macarıstan Vətəndaş Partiyası) yaratdığı koalisiya parlamentdəki səs çoxluğundan məhrum olub.
"Report" "TASS"a istinadən xəbər verir ki, buna səbəb ölkənin qərbində yerləşən Vesprem şəhərciyindəki seçkidə "Fides"dən olan namizədin uduzmasıdır.
Məlumata görə, koalisiyanın üzvü Tibor Navraçiç təhsil, mədəniyyət və gənclərlə iş üzrə avrokomissar vəzifəsinə təyin edildikdən sonra parlamentdəki yeri boşalıb. Həmin dairədən isə müstəqil namizəd Zoltan Kes qalib gəlib.
Bununla belə, partiyadan bildirilib ki, 2/3-i səs çoxluğunu itirsələrdə bu, hakim koalisiyaya təsir etməyəcək.
"Fəaliyyətimizi zəiflətməmək üçün seçicilərin iradəsi partiyaya dərs verdi", - baş nazir etraf edib.
Xatırladaq ki, keçən ilin aprelində keçirilən parlament seçkisində "Fides" və Xristian Demokratlar Partiyası qələbə qazanmış və çətinliklə parlamentdəki 2/3-i səs çoxluğuna yiyələnmişdi. Başqa sözlə, "Fides" 199 yerdən 133-nü əldə edərək parlamentdə çoxluğa nail ola bilmişdi.