Bakı. 24 sentyabr. REPORT.AZ/ İspaniyanın Kataloniya əyalətinin müstəqilliyi uğrunda mübarizə aparan "Birlikdə "Hə"" bloku yerli parlamentə seçkilərdə mütləq səs çoxluğu qazana bilməyib.
"Report" "TASS"a istinadən xəbər verir ki, İspaniya krallığının tərkibindən çıxmaq uğrunda mübarizə aparan "Birlikdə "Hə"" bloku Kataloniya əyalət parlamentindəki 135 yerdən 62-ni qazanıb.
Bu blokun ardınca 25 deputat mandatı qazanmış "Vətəndaş" Partiyası gəlir. Kataloniya Sosialist Partiyası 16 yer, İspaniya Xalq Partiyası 11, "Kataloniya, bəli, biz bacararıq" Partiyası 11, Xalqın Birliyi Partiyası isə 10 yer qazanıb.
Sentyabrın 27-də keçirilən bu seçkinin rəsmi nəticələri oktyabrın 4-də açıqlanacaq. Kataloniyanın müstəqilliyi uğrunda mübarizə aparan Xalqın Birliyi Partiyası ilə "Birlikdə "Hə"" blokunun koalisiya hökuməti quracağı ehitimal edilir.