Yuxarı
    Bağlamaq

    M​üstəqillik tərəfdarları Kataloniyadakı seçkidə mütləq səs çoxluğu qazana bilməyib

    Seçkinin rəsmi nəticələri oktyabrın 4-də açıqlanacaq

    Bakı. 24 sentyabr. REPORT.AZ/ İspaniyanın Kataloniya əyalətinin müstəqilliyi uğrunda mübarizə aparan "Birlikdə "Hə"" bloku yerli parlamentə seçkilərdə mütləq səs çoxluğu qazana bilməyib.

    "Report" "TASS"a istinadən xəbər verir ki, İspaniya krallığının tərkibindən çıxmaq uğrunda mübarizə aparan "Birlikdə "Hə"" bloku Kataloniya əyalət parlamentindəki 135 yerdən 62-ni qazanıb.

    Bu blokun ardınca 25 deputat mandatı qazanmış "Vətəndaş" Partiyası gəlir. Kataloniya Sosialist Partiyası 16 yer, İspaniya Xalq Partiyası 11, "Kataloniya, bəli, biz bacararıq" Partiyası 11, Xalqın Birliyi Partiyası isə 10 yer qazanıb.

    Sentyabrın 27-də keçirilən bu seçkinin rəsmi nəticələri oktyabrın 4-də açıqlanacaq. Kataloniyanın müstəqilliyi uğrunda mübarizə aparan Xalqın Birliyi Partiyası ilə "Birlikdə "Hə"" blokunun koalisiya hökuməti quracağı ehitimal edilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi