Londonda naməlum şəxs insanlara qılıncla hücum edib, xəsarət alanlar var

Londonda naməlum şəxs insanlara qılıncla hücum edib, xəsarət alanlar var Böyük Britaniyanın paytaxtı Londonun şimal-şərqində qılıncla silahlanmış şəxsin insanlara hücumu nəticəsində bir neçə nəfər xəsarət alıb.
Digər ölkələr
30 Aprel , 2024 13:49
Londonda naməlum şəxs insanlara qılıncla hücum edib, xəsarət alanlar var

Böyük Britaniyanın paytaxtı Londonun şimal-şərqində qılıncla silahlanmış şəxsin insanlara hücumu nəticəsində bir neçə nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə London polisi məlumat yayıb.

Bildirilib ki, hadisə Heynolt metrostansiyası ərazisində baş verib. Naməlum şəxs avtomobillə binaya çırpılıb, bundan sonra o, soyuq silahla yoldan keçənlərə və iki polis əməkdaşına hücum edib.

Qeyd edilib ki, 36 yaşlı kişi hadisə yerində saxlanılıb.

Son xəbərlər

Orphus sistemi