London meri "Brexit" üzrə referendumdan sonra daha böyük muxtariyyət tələb edir

London meri "Brexit" üzrə referendumdan sonra daha böyük muxtariyyət tələb edir Sadiq Xan: "Bu ideya nə qədər xoş görünsə də, şəhərin müstəqilliyi barədə ciddi danışmaq olmaz"
Digər ölkələr
28 İyun , 2016 15:54
London meri Brexit üzrə referendumdan sonra daha böyük muxtariyyət tələb edir

Bakı. 28 iyun. REPORT.AZ/ London meri "Brexit" üzrə referendumdan sonra daha böyük muxtariyyət tələb edir.

"Report" RBK-ya istinadən xəbər verir ki, o, bunu referdumdan sonra yaranmış qeyri-müəyyənliyi aradan qaldırmaq üçün istəyib.

"Bütün londonluların adından paytaxtı üçün daha çox muxtariyyət tələb edirəm. Özü də dərhal. Məqsədim Londonun iqtisadiyyatını qeyri-müəyyənlikdən qorumaqdır", - deyə Sadiq Xan bildirib.

O, bu ideyanın nə qədər xoş görünməsinə baxmayaraq, şəhərin müstəqilliyi barədə ciddi danışmağın mümkünsüz olduğunu qeyd edib.

Ölkənin Avropa İttifaqından (Aİ) çıxmasının əleyhinə olan London meri şəhərə vergi, biznes, nəqliyyat, mənzil sahələrində səlahiyyətlər verilməsinə çalışır.

Xatırladaq ki, iyunun 23-də Böyük Britaniyada baş tutmuş referendumda seçicilərin əksəriyyəti ölkənin Aİ-dən çıxmasının xeyrinə səs verib. London isə seçicilərin əksəriyyətinin "Brexit" əleyhinə səs verdiyi yeganə İngiltərə regionu olub.

Son xəbərlər

Orphus sistemi