​Liviyada parlament və hökumətin yerləşdiyi mehmanxanada partlayış olub

​Liviyada parlament və hökumətin yerləşdiyi mehmanxanada partlayış olub Həmin otelin yaxınlığında minalanmış avtomobil də partladılıb
Digər ölkələr
30 Dekabr , 2014 16:57
​Liviyada parlament və hökumətin yerləşdiyi mehmanxanada partlayış olub

Bakı. 30 dekabr. REPORT.AZ/ Liviyanın şərqində, Tubruq rayonuda "Dar əs-Salam" adlı mehmanxanada partlayış baş verib.

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, "əl-Ərəbiyyə" telekanalı mehmanxana yaxınlığında minalanmış avtomobilin də partladılması barədə məlumat yayıb

Qurbanlar haqda məlumat verilməyib.

Xəbərdə bildirilib ki, oteldə dünya ictimaiyyəti tərəfindən tanınan Nümayəndələr Palatası (parlament) və Abdullah Əbdürrəhman ət-Tanının başçılıq etdiyi hökumət yerləşir.

Tripolidə tərkibində islamçı sayılanların da olduğu müvəqqəti qanunverici orqan səlahiyyətlərinin icrasından imtina etdikdən sonra bu ilin yayında ölkənin şərqində yeni hökumət yaradılıb. 

Son xəbərlər

Orphus sistemi