Litvada ABŞ və Polşa hərbçilərinin iştirakı ilə təlimlər keçirilir

Litvada ABŞ və Polşa hərbçilərinin iştirakı ilə təlimlər keçirilir Manevrlərə üç ölkədən təxminən 1 300 hərbçi cəlb edilib
Digər ölkələr
17 Avqust , 2016 12:12
Litvada ABŞ və Polşa hərbçilərinin iştirakı ilə təlimlər keçirilir

Bakı. 17 avqust. REPORT.AZ/ Bu gün Litvanın Qayjyunay poliqonunda başlayan "Strong Hussar" adlı taktiki təlimlərdə Litva, ABŞ və Polşa moto-piyada bölmələri iştirak edir.

"Report" TASS-a istinadən xəbər verir ki, Litva Müdafiə Nazirliyi manevrlərə üç ölkədən təxminən 1300 hərbçinin cəlb edildiyini açıqlayıb.

"Təlimlər zamanı müdafiə və hücum taktikaları təkmilləşdiriləcək. Müdafiə əməliyyatları zamanı zirehli dəstəyi ABŞ-ın Litvada yerləşdirdiyi "Abrams" tankları həyata keçirəcək", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, "Strong Hussar" manevrləri avqustun 26-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi