Lavrov: Suriya danışıqlarında terror qrupları siyahısına dair razılıq əldə edilməlidir

Lavrov: Suriya danışıqlarında terror qrupları siyahısına dair razılıq əldə edilməlidir Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib
Digər ölkələr
11 Noyabr , 2015 00:47
Lavrov: Suriya danışıqlarında terror qrupları siyahısına dair razılıq əldə edilməlidir

Bakı. 11 noyabr. REPORT.AZ/ Rəsmi Moskva Suriya ilə danışıqların növbəti raundu zamanı bu ölkədə fəaliyyət göstərən terrorçu qrupların siyahısına dair razılığın əldə edilməsini istəyir.

Soçidə danışan Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyada "bu və ya başqa silahlı qrupun orientasiyasına dair şübhələri dağıtmaq" üçün belə bir siyahının zəruri olduğunu bildirib.

"TASS" agentliyinin məlumatına görə, Lavrov deyib ki, məsələyə tam aydınlıq gətirilməyənə qədər irəli addımlamaq mümkün olmayacaq.

Suriyaya dair danışıqların ikinci turu şənbə günü Vyanada keçirilməlidir. Danışıqların birinci raundu 17 ölkənin diplomatları, BMT və Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə Vyanada oktyabrın 30-da keçirilib. 

Son xəbərlər

Orphus sistemi