Laos Prezidenti Rusiyaya səfər edəcək

Laos Prezidenti Rusiyaya səfər edəcək Laos Prezidenti Thonqlun Sisulit mayın 7-dən 11-dək Rusiyada səfərdə olacaq.
Digər ölkələr
6 May , 2024 09:33
Laos Prezidenti Rusiyaya səfər edəcək

Laos Prezidenti Thonqlun Sisulit mayın 7-dən 11-dək Rusiyada səfərdə olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Laosun Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu səfər iki ölkə arasında əlaqələri və əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Qeyd edilib ki, Laos lideri fəxri qonaq qismində faşizm üzərində Qələbənin 79-cu ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi