KXDR liderinin xalası ölkədən qaçan 3 nəfəri ona böhtan atmaqda ittiham edib

KXDR liderinin xalası ölkədən qaçan 3 nəfəri ona böhtan atmaqda ittiham edib Ko Yen Suk haqqında yalan məlumatların yayılmasına görə 60 milyon von təzminat istəyir
Digər ölkələr
2 Dekabr , 2015 21:44
KXDR liderinin xalası ölkədən qaçan 3 nəfəri ona böhtan atmaqda ittiham edib

Bakı. 2 dekabr. REPORT.AZ/ KXDR lideri Kim Çen Inın xalası Ko Yen Suk ölkədən qaçan 3 nəfəri ona böhtan atmaqda ittiham edərək Seul məhkəməsinə müraciət edib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.

Ko Yen Suk haqqında partiyanın gizli hesablarından kazino oyunlarında və plastik əməliyyatların ödənişində istifadə etməsilə bağlı yalan məlumatların yayılmasına görə həmin 3 nəfərdən 60 milyon von (52 min dollar) təzminat istəyir. Şimali Koreyadan qaçan həmin "fərarilər" bu məlumatları 2013-2014-cü illərdə Cənubi Koreyanın populyar tok-şoularında açıqlamışdılar.

Qeyd edək ki, Ko Yen Suk Kim Çen Inın anasının kiçik bacısıdır. O, sabiq diplomat olan əri ilə birgə 1998-ci ildə KXDR-dən qaçıb və həmin vaxtdan bəri ABŞ-da yaşayır.

Son xəbərlər

Orphus sistemi