​KXDR-də hərbi parad keçirilib

​KXDR-də hərbi parad keçirilib Hərbi parad Phenyanın Kim İR Sen adına mərkəzi meydanda keçirilib
Digər ölkələr
10 Oktyabr , 2015 16:11
​KXDR-də hərbi parad keçirilib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Phenyanda Koreya Əmək Partiyasının yaradılmasının 70 illik yubileyi şərəfinə hərbi parad keçirilib. "Report" Bi-Bi-Si-yə istinadən xəbər verir ki, şənbə günü gecədən paytaxtda yağan şiddətli yağış səbəbindən parad bir neçə saat təxirə salınıb.

Hərbi parad bir neçə min əsgərin sıra ilə addımlayaraq keçdiyi Phenyanın Kim İR Sen adına mərkəzi meydanda baş tutub.

Paradda, həmçinin bir neçə yüz tank, digər zirehli texnika və raket silahları da nümayiş edilib.

Tədbir Şimali Koreyanın dövlət televiziyası tərəfindən canlı yayımlanıb.

Son xəbərlər

Orphus sistemi