​Kolumbiyada göyərtəsində 16 əsgərin olduğu vertolyot itib

​Kolumbiyada göyərtəsində 16 əsgərin olduğu vertolyot itib Ordu komandanlığı helikopterin qəzaya uğradığını güman edir
Digər ölkələr
27 İyun , 2016 06:21
​Kolumbiyada göyərtəsində 16 əsgərin olduğu vertolyot itib

Bakı. 27 iyun. REPORT.AZ/ Kolumbiyada göyərtəsində 16 əsgərin olduğu vertolyot ilə əlaqə kəsilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Ordu komandanlığı helikopterin qəzaya uğradığını ehtimal edir.

Xilasedicilər ölkənin qərb hissəsində yerləşən Tolima departamenti ərazisi üzərindən uçan vertolyotun yerini müəyyən etməyə çalışırlar.

Məlumata görə, vertolyot Sakit okean sahilində verilən tapşırığı yerinə yetirdikdən sonra geri qayıdırmış.

Son xəbərlər

Orphus sistemi