KİV: Əsədin ordusu Palmiraya girib

KİV: Əsədin ordusu Palmiraya girib "İhbariyyə" xəbər telekanalı hərbçilərin şəhər mərkəzinə çatdığını xəbər verib
Digər ölkələr
24 Mart , 2016 16:58
KİV: Əsədin ordusu Palmiraya girib

Bakı. 24 mart. REPORT.AZ/ Suriya hökumət qoşunları İŞİD terror qruplaşmasının nəzarəti altında olan qədim Palmira şəhərinə girib. "Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Suriyanın dövlət televiziyası məlumat verib.

"İhbariyyə" xəbər telekanalı hərbçilərin şəhər mərkəzinə çatdığını xəbər verib. Bir neçə saat əvvəl isə rəsmi mənbələr və müşahidəçilər hərbçilərin şəhərdən təqribən 1 km aralıda olduğunu və hücuma hazırlaşdıqlarını bildirmişdi. Homs vilayətinin qubernatoru Talal Barazi Palmiraya üç istiqamətdən hücum hazırlandığını qeyd etmişdi.

Xatırladaq ki, İŞİD yaraqlıları Palmiraya nəzarəti 2015-ci ilin may ayında ələ keçirib. Buna qədər isə terror qruplaşmasının üzvləri YUNESKO-nun Ümumdünya İrsinə daxil olan çoxlu sayda qədim tikilini talan edərək dağıdıb.

Son xəbərlər

Orphus sistemi