Kerry: “Rusiya ilə Suriyada sülhə dair ilkin razılıq əldə edilib”

Kerry: “Rusiya ilə Suriyada sülhə dair ilkin razılıq əldə edilib” ABŞ dövlət katibi əlavə edib ki, Suriya münaqişəsinin hərbi yolla həlli mümkün deyil
Digər ölkələr
21 Fevral , 2016 18:35
Kerry: “Rusiya ilə Suriyada sülhə dair ilkin razılıq əldə edilib”

Bakı. 21 fevral. REPORT.AZ/ABŞ dövlət katibi John Kerry bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovla Suriyada atəşkəsin ilkin şərtlərinə dair razılıq əldə edilib. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Kerry bu barədə İordaniyanın paytaxtı Əmmanda keçirilmiş mətbuat konfansında elan edib.

Bundan öncə o, Lavrovla telefonla danışıb və əlavə edib ki, aralarında hələ də bəzi həll olunmamış məsələlər qalır.

Kerry-nin sözlərinə görə, o, yaxın vaxtlarda Suriyada döyüşlərin dayandırılması şərtləri ilə bağlı razılaşmanın ABŞ prezidenti Barack Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında müzakirə ediləcəyini gözləyir.

ABŞ dövlət katibi əlavə edib ki, Suriya münaqişəsinin hərbi yolla həlli mümkün deyil.

Son xəbərlər

Orphus sistemi