Bakı. 12 aprel. REPORT.AZ/ Keniyanın paytaxtı Nayrobi şəhərinin tələbə şəhərciyində yaranan basabas zamanı bir tələbə ölüb, 141 nəfər yaralanıb.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, basırıq tələbələrin universitetin elektrik transformatorunda baş verən bir neçə partlayışı terror hücumu kimi qəbul etməsi nəticəsində yaranıb.
Xəsarət alanların əksəriyyəti özlərini yataqxana binasının yuxarı mərtəbələrindən aşağı atanlardırlar.