Bakı.18 fevral. REPORT.AZ/ Ötən il Əfqanıstanda ölən və yaralanan dinc sakinlərin sayı 22% çoxalıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu məlumatı BMT yayıb.
Xəbərdə bildirilib ki, 2014-cü ildə 3 699 dinc sakin öldürülüb, 6 849 nəfər isə yaralanıb. Bu, 2009-cu ildən, yəni BMT-nin müşahidələrə başlayandan bəri qurbanların sayı ilə bağlı ən böyük rəqəmdir.
Hesabata əsasən, hökumət qoşunları ilə "Taliban" yaraqlıları arasında gedən döyüşdə ölənlərin sayı ilk dəfədir yollarda quraşdırılan minaların partlaması nəticəsində ölənlərin sayından çoxdur.