Kabildə gün ərzində üçüncü partlayış törədilib: 25 ölü, 92 yaralı

Kabildə gün ərzində üçüncü partlayış törədilib: 25 ölü, 92 yaralı Partlayışları terrorçu-kamikadzelər törədib
Digər ölkələr
5 Sentyabr , 2016 22:41
Kabildə gün ərzində üçüncü partlayış törədilib: 25 ölü, 92 yaralı

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün Əfqanıstanın paytaxtı Kabildə üçüncü partlayış hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Qərb mətbuatı məlumat yayıb.

Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

Bundan əvvəl ard-arda baş verən iki terror aktı nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, 92 nəfər yaralanıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin açıqlamasına görə, hadisəni terrorçu-kamikadzelər törədib. İlk partlayış Müdafiə Nazirliyi binasının girişində insanların çox olduğu vaxt baş verib. Sakinlər yaralılara köməyə gəldiyi zaman ikinci partlayış törədilib.

Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatına görə, yaralılardan bəzilərinin vəziyyəti ağırdır, ölənlərin sayının artma ehtimalı var.

Partlayışlara görə məsuliyyəti "Taliban" terror qruplaşması öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi