İrlandiya “TikTok”u 345 milyon avro cərimələyib

İrlandiya “TikTok”u 345 milyon avro cərimələyib İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası (Data Protection Commission, DPC) Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” sosial şəbəkəsini uşaqların şəxsi məlumatlarının mühafizəsi sahəsində pozuntulara görə 345 milyon avro cərimələyib.
Digər ölkələr
15 Sentyabr , 2023 23:17
İrlandiya “TikTok”u 345 milyon avro cərimələyib

İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası ("Data Protection Commission", DPC) Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” sosial şəbəkəsini uşaqların şəxsi məlumatlarının mühafizəsi sahəsində pozuntulara görə 345 milyon avro cərimələyib.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin press-relizində deyilir.

Pozuntular 2020-ci il iyulun 31-dən dekabrın 31-dək olan dövrə aiddir. Həmçinin komissiya müəyyən edib ki, uşaqların profilləri heç bir bildiriş göndərilmədən açıq olub, nəticədə onların yerləşdirdikləri paylaşımlar, “TikTok”da qeydiyyatdan keçməyənlər də daxil olmaqla, qeyri-məhdud sayda insan üçün əlçatan olub.

“Bundan əlavə, platformanın funksionallığı yetkin istifadəçilərə, o cümlədən valideyn və ya qəyyum olmayanlara öz hesablarını uşaqların hesabları ilə əlaqələndirməyə və ciddi risklərə səbəb olan şəxsi mesajların mübadiləsinə imkan yaradılmasını təmin edirdi.

Həmçinin, hesabları qeydiyyatdan keçirərkən və videoları paylaşarkən sosial şəbəkə istifadəçiləri məxfiliyə artan müdaxilə səviyyəsi ilə seçim etməyə məcbur edirdi”, - DPC-dən bildirilib.

Komissiya cərimədən əlavə, “TikTok”a pozuntuları üç ay ərzində aradan qaldırmağı tapşırıb.

“TikTok”dan isə İrlandiya tənzimləyicisinin qərarı ilə razı olmadıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi