​İtən Malayziya vertolyotunun qalıqları Borneo adasında tapılıb

​İtən Malayziya vertolyotunun qalıqları Borneo adasında tapılıb Vertolyotun göyərtəsində 6 nəfər olub
Digər ölkələr
6 May , 2016 06:23
​İtən Malayziya vertolyotunun qalıqları Borneo adasında tapılıb

Bakı.6 may.REPORT.AZ/ Göyərtəsində Malayziyanın hökumət üzvləri və siyasətçilərinin olduğu itmiş vertolyotun qalıqları Borneo adasında tapılıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin baş naziri Nacib Razaka istinadən "Sinxua" agentliyi məlumat yayıb.

"Eurocopter AS350" vertolyotu ilə əlaqə cümə axşamı səhər Saravak ştatı ərazisində kəsilib.

İlkin məlumatlara görə, hava gəmisinin sərnişinləri arasında Malayziyanın plantasiya sənayesi və xammal malları nazirinin müavini Noria Kasnon, həmçinin parlament üzvlərindən biri olub.

Ümumilikdə vertolyotun göyərtəsində 6 nəfər uçub.

Son xəbərlər

Orphus sistemi