​İtaliyanın XİN rəhbəri: Avropa miqrantlar üzərində nəzarəti itirə bilər

​İtaliyanın XİN rəhbəri: Avropa miqrantlar üzərində nəzarəti itirə bilər "Ya Avropa bu fövqəladə vəziyyətin həllini öz çiyinlərinə götürəcək, ya da..."
Digər ölkələr
25 Avqust , 2015 08:35
​İtaliyanın XİN rəhbəri: Avropa miqrantlar üzərində nəzarəti itirə bilər

Bakı. 25 Avqust. REPORT.AZ/ İtaliyanın xarici işlər naziri Paolo Centiloni bütün Avropa İttifaqı (Aİ) ölkələrini təcili olaraq axır vaxtlar son dərəcə kəskin hal almış miqrasiya probleminin həllinə qoşulmağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə o yerli "Rai 1" dövlət telekanalının xəbərlər buraxılışında çıxışı zamanı bildirib.

"Ya Avropa bu fövqəladə vəziyyətin həllini öz çiyinlərinə götürəcək, ya da o həqiqətən immiqrasiya üzərində nəzarəti itirmək riski ilə üzləşmiş olacaq", - deyə italiyalı xarici işlər naziri qeyd edib.

Bu konteksdə Centiloni Aİ ölkələri arasında qaçqınların yenidən paylaşdırılması üzrə kvotalar barədə məsələ müzakirə olunan zaman bəzi dövlətlərin "müqavimət və eqoizm" nümayiş etdirdiyini xatırladıb.

"Başa düşmək lazımdır: əgər bu gün Yunanstan və ya İtaliyada, yaxud Serbiyada fövqəladə vəziyyət yaranıbsa, sabah bu Polşa və hansısa başqa ölkəyə də təsir edə bilər", - deyə Paolo Centiloni vurğulayıb.

Son xəbərlər

Orphus sistemi