İtaliya sahillərində Türkiyə gəmisi batıb, 16 nəfər xilas edilib

İtaliya sahillərində Türkiyə gəmisi batıb, 16 nəfər xilas edilib Gəmi ammonium fosfat daşıyıb
Digər ölkələr
24 Sentyabr , 2016 21:56
İtaliya sahillərində Türkiyə gəmisi batıb, 16 nəfər xilas edilib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Aralıq dənizinin Siciliya sahillərindən 38 km. məsafədə Türkiyəyə məxsus yük gəmisi batıb.

"Report" xəbər verir ki, bu barədə "Daily Sabah" qəzeti məlumat yayıb.

İtaliya Sahil Mühafizəsi Türkiyə şirkətinə məxsus olan və Panama bayrağı altında üzən gəminin 16 heyət üzvünü xilas edə bilib.

Məlumata görə, gəmi ammonium fosfat daşıyıb və Seneqaldan Xorvatiya istiqamətində hərəkətdə olub.

Son xəbərlər

Orphus sistemi