​İsrailə NATO-da nümayəndəlik açmağa icazə verilib

​İsrailə NATO-da nümayəndəlik açmağa icazə verilib David Veltser vurğulayıb ki, Türkiyə İsrailin NATO-nun təlim və əməliyyatlarında iştirakına tətbiq etdiyi vetonu götürüb
Digər ölkələr
4 May , 2016 09:19
​İsrailə NATO-da nümayəndəlik açmağa icazə verilib

Bakı. 4 may. REPORT.AZ/ İsrailə NATO-nun Brüsseldəki mənzil-qərargahında nümayəndəlik açmasına icazə verilib.

"Report" xəbər verir ki, bu haqda İsrail KİV-i məlumat yayıb.

Yəhudi dövlətinin baş naziri Binyamin Netaniyahu NATO rəhbərliyinin bu addımını alqışlayaraq, bunun İsrailin təhlükəsizliyinə töhfə olduğunu bildirib.

Ölkənin Avropa İttifaqındakı səfiri David Veltser vurğulayıb ki, Türkiyə İsrailin NATO-nun təlim və əməliyyatlarında  iştirakına tətbiq etdiyi vetonu götürüb.

Məlumata əsasən, İordaniya və Bəhreynin də NATO-nun mənzil-qərargahında nümayəndəliyi var.

İnformasiyada o da bildirilib ki, yəhudi hökuməti NATO-dan hələ rəsmi təsdiq almayıb.  

Son xəbərlər

Orphus sistemi