İsrail parlamentinin buraxılması barədə qərar qəbul edilib

İsrail parlamentinin buraxılması barədə qərar qəbul edilib Belə bir qərar qəbul edilərsə, parlament seçkiyə qədər fəaliyyətini donduracaq
Digər ölkələr
8 Dekabr , 2014 17:49
İsrail parlamentinin buraxılması barədə qərar qəbul edilib
Bakı. 8 dekabr. REPORT.AZ/ İsrail parlamentinin (Knesset) buraxılması barədə qərar qəbul edilib. "Report"un xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkə parlamenti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, mövcud qərarı millət vəkili Yariv Levinin rəhbərlik etdiyi komissiya qəbul edib. Eyni zamanda qanun layihəsinin səsverməyə çıxarılaraq qəbul edilməsi planlaşdırılır.

Qeyd edək ki, İsraildə martın 17-də keçirilməsi nəzərdə tutulan növbədənkənar seçkilərə hazırlıq çərçivəsində parlamentin buraxılması üçün 84 deputat kasasiya şikayəti verib. Belə bir qərar qəbul edilərsə, parlament seçkiyə qədər fəaliyyətini donduracaq. 

Son xəbərlər

Orphus sistemi