İsrail Qüdsün Köhnə Şəhər hissəsinə səfərlərə məhdudiyyət tətbiq edib

İsrail Qüdsün Köhnə Şəhər hissəsinə səfərlərə məhdudiyyət tətbiq edib Fələstin hökuməti İsrailin bu addımını pisləyib.
Digər ölkələr
4 Oktyabr , 2015 19:32
İsrail Qüdsün Köhnə Şəhər hissəsinə səfərlərə məhdudiyyət tətbiq edib

Bakı. 4 oktyabr. REPORT.AZ/ İsrail polisi bazar günü bir fələstinlinin iki israillini qətlə yetirməsindən sonra Qüdsün Köhnə Şəhər hissəsinə səfərlərə məhdudiyyət tətbiq edib.

“Report”un “Amerikanın Səsinə” istinadən verdiyi xəbərə görə, iki gün qüvvədə olacaq qadağa şəhərdə yaşayan, işləyən və ya oxuyanlara şamil edilmir.

Daha bir məhdudiyyət Əl-Aqsa məscidinin yerləşdiyi bölgəyə tətbiq edilib. Bu bölgəyə 50 yaşından aşağı kişilər buraxılmır. Qadınlara yaş məhdudiyyəti tətbiq edilməyib.

Fələstin hökuməti İsrailin bu addımını pisləyib.

Son xəbərlər

Orphus sistemi