Bakı. 7 sentyabr. REPORT.AZ/ İsrailin Baş naziri Binyamin Netanyahu İordaniya ilə sərhədi divar ucaldaraq tamamilə bağlamaq niyyətində olduğunu bildirib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Baş nazir bu yaxınlarda ölkənin cənubundakı Eylat şəhərindən şımala tərəf, yeni beynəlxalq hava limanı inşa edilən Timna ərazisinə qədər 30 kilometrlik ilk hissəsinin tikintisinə artıq start verib.
Belə divarları İsrail artıq Livan, Suriya, Misir və Fələstinlə sərhədlərində ucaldıb.
Ən son tikilən belə divar Afrikadan ölkəyə gələn qanunsuz miqrantların cəhdlərini sıfıra endirən Misir sərhədindəki hasarın tikintisi olub.