​İslandiyanın dövlət başçısı prezident seçkiləri ərəfəsində namizədliyini geri götürüb

​İslandiyanın dövlət başçısı prezident seçkiləri ərəfəsində namizədliyini geri götürüb 73 yaşlı Qrimsson bu ili altıncı dəfə prezidentliyə namizəd olmayacağını bəyan edib
Digər ölkələr
10 May , 2016 02:20
​İslandiyanın dövlət başçısı prezident seçkiləri ərəfəsində namizədliyini geri götürüb

Bakı. 10 may. REPORT.AZ / 20 ildir İslandiya dövlətinin başçısı postunu tutan Olavur Raqnar Qrimsson iyunun 25-ə təyin edilmiş prezident seçkiləri ərəfəsində namizədliyini geri götürüb. "Report" xəbər verir ki, bu haqda Qrimssonun rəsmi bəyanatında deyilir.

Yerli media İslandiya prezidentini son həftələr ərzində ikinci dəfədir seçkilərdə iştirak haqqında fikirini dəyişdirdiyini vuğulayıb.

73 yaşlı Qrimsson bu ilin yanvarında altıncı dəfə prezidentliyə namizəd olmayacağını bəyan edib. O, bildirib ki, hakimiyyətin dəyişilməsi demokratiyanın əsas prinsiplərindən biridir. Lakin Qrimsson bundan sonra öz mövqeyini təkrar gözdən keçirərək qərarını dəyişib və seçkilərdə iştirak edəcəyini bildirib.

Olavur Raqnar Qrimsson dünən növbəti dəfə qərarını dəyişməsi ilə medianın diqqətini çəkib. Bir çoxları onu qeyri-sabit namizəd adlandırmağa başlayıblar. 

Son xəbərlər

Orphus sistemi