Yuxarı

​İslandiyanın dövlət başçısı prezident seçkiləri ərəfəsində namizədliyini geri götürüb

73 yaşlı Qrimsson bu ili altıncı dəfə prezidentliyə namizəd olmayacağını bəyan edib

Bakı. 10 may. REPORT.AZ / 20 ildir İslandiya dövlətinin başçısı postunu tutan Olavur Raqnar Qrimsson iyunun 25-ə təyin edilmiş prezident seçkiləri ərəfəsində namizədliyini geri götürüb. "Report" xəbər verir ki, bu haqda Qrimssonun rəsmi bəyanatında deyilir.

Yerli media İslandiya prezidentini son həftələr ərzində ikinci dəfədir seçkilərdə iştirak haqqında fikirini dəyişdirdiyini vuğulayıb.

73 yaşlı Qrimsson bu ilin yanvarında altıncı dəfə prezidentliyə namizəd olmayacağını bəyan edib. O, bildirib ki, hakimiyyətin dəyişilməsi demokratiyanın əsas prinsiplərindən biridir. Lakin Qrimsson bundan sonra öz mövqeyini təkrar gözdən keçirərək qərarını dəyişib və seçkilərdə iştirak edəcəyini bildirib.

Olavur Raqnar Qrimsson dünən növbəti dəfə qərarını dəyişməsi ilə medianın diqqətini çəkib. Bir çoxları onu qeyri-sabit namizəd adlandırmağa başlayıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi