​İŞİD terrorçuları Suriyanın Mənbic şəhərində təslim olublar

​İŞİD terrorçuları Suriyanın Mənbic şəhərində təslim olublar Terrorçular şəhərdə yerli sakinlərdən canlı sipər kimi istifadə ediblər
Digər ölkələr
17 Avqust , 2016 08:47
​İŞİD terrorçuları Suriyanın Mənbic şəhərində təslim olublar

Bakı. 17 avqust. REPORT.AZ/ İŞİD terror təşkilatının yaraqlıları Suriyanın müxalifət qüvvələri tərəfindən mühasirəyə alınan Mənbic şəhərində oranı tərk etmək fürsəti müqabilində silahı yerə qoyublar.

"Report" xəbər verir ki, bu barədə Pentaqondakı mənbəyə istinadən "USA Today" məlumat yayıb.

Mənbənin məlumatına görə, terrorçular ABŞ tərəfindən dəstəklənən "Suriya Demokratik Qüvvələri" qruplaşmasının onları mühasirəyə almasından sonra təslim olublar.

Terrorçular şəhərdə yerli sakinlərdən canlı sipər kimi istifadə etdiklərindən, onların şəhərdən çıxmasına imkan verilməsi barədə qərar qəbul olunub. Şəhəri təqribən 100-200 yaraqlı ABŞ-ın pilotsuz apparatlarının müşayəti ilə tərk edib.

Son xəbərlər

Orphus sistemi