​İŞİD Mosulda 3 min ildən artıq yaşı olan tarixi abidəni dağıdır

​İŞİD Mosulda 3 min ildən artıq yaşı olan tarixi abidəni dağıdır Bu tarixi abidə 19-cu əsrin ortalarında aparılan qazıntı zamanı aşkar edilib
Digər ölkələr
6 Mart , 2015 10:21
​İŞİD Mosulda 3 min ildən artıq yaşı olan tarixi abidəni dağıdır

Bakı. 6 mart. REPORT.AZ/ İŞİD Mosulun 20 km cənub-şərqində yerləşən 3 min ildən artıq yaşı olan Nemrut arxeoloji tarixi abidəsini dağıdır.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda İraq hökuməti bildirib.

1980-ci illərin sonunda iraqlı arxeoloqlar bu tarixi abidənin altından qızıl və ləl-cəvahirat aşkarlayıblar. Bu, indiyədək aşkarlanan ən böyük xəzinə sayılır. Qanadlı buğa heykəlləri də oradadır.

Mesopotamiyadakı Nimrud Kalah və Kalhu kimi də tanınır. Abidələrin assuriyalılara aid olduğu deyilir. Nemrudun bizim eradan öncə 1274-cü ildə tikildiyi ehtimal edilir.

Bu tarixi abidə 19-cu əsrin ortalarında aparılan qazıntı zamanı aşkar edilib.

Son xəbərlər

Orphus sistemi