​İŞİD-ə qoşulan taciklərin sayı min nəfərə çatıb

​İŞİD-ə qoşulan taciklərin sayı min nəfərə çatıb Eyni zamanda 148 tacik döyüşlərdə öldürülüb
Digər ölkələr
26 Yanvar , 2016 02:16
​İŞİD-ə qoşulan taciklərin sayı min nəfərə çatıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Suriya və İraqda İŞİD-ə ("İraq-Şam İslam Dövləti") qoşulan taciklərin sayı 1000 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ramazon Rahimzoda məlumat verib.

Nazir qeyd edib ki, yanvarın 25-nə olan vəziyyətə görə, Suriya və İraqdan vətənə 61 Tacikistan vətəndaşı qayıdıb. Bununla yanaşı 148 tacik döyüşlərdə öldürülüb.

Tacikistan prezidenti Emomali Rahmon İŞİD-ə qoşulanlar arasında 21 tələbənin olduğunu bildirmişdi.

Son xəbərlər

Orphus sistemi