Bakı. 26 yanvar. REPORT.AZ/ Suriya və İraqda İŞİD-ə ("İraq-Şam İslam Dövləti") qoşulan taciklərin sayı 1000 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ramazon Rahimzoda məlumat verib.
Nazir qeyd edib ki, yanvarın 25-nə olan vəziyyətə görə, Suriya və İraqdan vətənə 61 Tacikistan vətəndaşı qayıdıb. Bununla yanaşı 148 tacik döyüşlərdə öldürülüb.
Tacikistan prezidenti Emomali Rahmon İŞİD-ə qoşulanlar arasında 21 tələbənin olduğunu bildirmişdi.