Bakı. 31 mart. REPORT.AZ/ Suriyanın Həma rayonunda İŞİD terrorçuları azı 30 dinc sakini edam edib.
"Report" "Agence France-Presse"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın İnsan Haqları üzrə Müşahidə Şurası məlumat yayıb.
"Yandırılaraq, başları kəsilərək, güllələnərək azı 30 dinc sakin qətlə yetirilib", - təşkilat bildirib.
Şuranın məlumatına görə, qətlə yetirilənlər arasında qadınlar və uşaqlar da var.