​İŞİD azı 30 dinc sakini edam edib

​İŞİD azı 30 dinc sakini edam edib Qətlə yetirilənlər arasında qadınlar və uşaqlar da var
Digər ölkələr
31 Mart , 2015 16:08
​İŞİD azı 30 dinc sakini edam edib

Bakı. 31 mart. REPORT.AZ/ Suriyanın Həma rayonunda İŞİD terrorçuları azı 30 dinc sakini edam edib.

"Report" "Agence France-Presse"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın İnsan Haqları üzrə Müşahidə Şurası məlumat yayıb.

"Yandırılaraq, başları kəsilərək, güllələnərək azı 30 dinc sakin qətlə yetirilib", - təşkilat bildirib.

Şuranın məlumatına görə, qətlə yetirilənlər arasında qadınlar və uşaqlar da var. 

Son xəbərlər

Orphus sistemi