"Report" xəbər verir ki, polisin məlumatına görə, avtomobil kafe yaxınlığındakı ticarət küçəsində partlayıb.
İlkin məlumatlara görə, təqribən 20 nəfər yaralanıb.
Ötən cümə axşamı Bağdadın şiələr yaşayan ərazisində baş verən iki partlayış nəticəsində 15 nəfər ölmüş, 40-dan çox insan yaralanmışdı.