​İraqın şimalında partlayış nəticəsində 15 nəfər ölüb

​İraqın şimalında partlayış nəticəsində 15 nəfər ölüb İlkin məlumatlara görə, təqribən 20 nəfər yaralanıb.
Digər ölkələr
6 Dekabr , 2014 04:41
​İraqın şimalında partlayış nəticəsində 15 nəfər ölüb
Bakı. 6 dekabr. REPORT.AZ/ İraqın şimalında yerləşən Kərkük şəhərinin əsasən kürdlər məskunlaşan ərazisində minalanmış avtomobilin partlaması nəticəsində ən azı 15 nəfər həlak olub.

"Report" xəbər verir ki, polisin məlumatına görə, avtomobil kafe yaxınlığındakı ticarət küçəsində partlayıb.

İlkin məlumatlara görə, təqribən 20 nəfər yaralanıb.

Ötən cümə axşamı Bağdadın şiələr yaşayan ərazisində baş verən iki partlayış nəticəsində 15 nəfər ölmüş, 40-dan çox insan yaralanmışdı.

Son xəbərlər

Orphus sistemi