​İraqın neft naziri İŞİD təhlükəsinin aradan qalxdığını bildirib

​İraqın neft naziri İŞİD təhlükəsinin aradan qalxdığını bildirib "Təhlükəsizlik tədbirləri mühümdür, lakin daha vacibi siyasi dəstək və həmrəylikdir"
Digər ölkələr
6 Dekabr , 2014 01:59
​İraqın neft naziri İŞİD təhlükəsinin aradan qalxdığını bildirib
Bakı. 6 dekabr. REPORT.AZ/ İraqın neft sənayesi naziri Adil Əbdül Mehdi hesab edir ki, "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması ölkənin neft obyektləri üçün artıq ciddi təhlükə yaratmır.

"Report" xəbər verir ki, bu barədə "Daily Telegraph" nəşri yazıb.

Nazir qəzetə müsahibəsində bildirib ki, İŞİD son həftələr Amerika və Böyük Britaniya hərbi hava qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində böyük itkilərə məruz qalıb.

"Təhlükəsizlik tədbirləri mühümdür, lakin daha vacibi siyasi dəstək və həmrəylikdir. Biz görürük ki, hökumətin əvəzlənməsi və siyasi kursun dəyişməsi təhlükəsizliyə müsbət təsir göstərir", - deyə o bildirib.

Hazırda İraqda gündə 3 milyon barel neft hasil edilir.

Son xəbərlər

Orphus sistemi